21 iyul 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Unibank Kommersiya Bankı” ASC-nin ümumi dəyəri 11,900,000.00 manat olan səhmləri standart bazar seqmentində listinqə daxil edilmişdir.

2022-ci ilin 10 avqust tarixinədək abunə yazılışı həyata keçiriləcəkdir. Bakı Fond Birjasının ticarət qaydalarına əsasən abunə yazılışı başa çatdıqdan sonra 5 iş günü müddətində qiymətli kağızların ticarəti baş tutacaqdır. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış yerləşdirmənin baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır.

“Unibank Kommersiya Bankı” ASC-nin səhmlərinin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

Səhmlərlə bağlı məlumatlar aşağıdakı kimidir:

Dövlət qeydiyyat nömrəsi – İSİN

Qiymətli kağızın növü və forması

Qiymətli kağızların sayı

Nominal Dəyəri

AZ1003002024

Adi adlı  sənədsiz səhm

4,375,000

(ədəd)

2.72 manat

  

       




     Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” QSC-dir. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi)  bölməsində yerləşdirilmişdir.