27 yanvar 2022-ci il tarixində Bakı Fond Birjasında “Unibank Kommersiya Bankı” ASC-nin premium bazar seqmentində olan, tədavül müddəti 18 (on səkkiz) təqvim ayı olan AZ2013002020 dövlət qeydiyyat

   nömrəli, 20,000,000.00 manat həcmində, faizli, təmin edilməmiş sənədsiz adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.

   Hərrac zamanı 9 investor tərəfindən 10 sifariş təqdim edilmişdir. İstiqrazın illik faiz dərəcəsi 9 % , faiz ödənişləri 3 aydan bir olmaqla investorlara ödənilir.

             Sifarişlərin nominal qiymətlə ümumi məbləği 20,000,000.00 manat təşkil etmişdir.   İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 20,000,000.00 manat təşkil etmişdir.

Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.