30 mart 2022-ci il tarixində “Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyəti səhmdarlarınnın növbədənkənar Ümumi Yığıncağı keçiriləcək.

Yığıncaqda aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulmuşdur:

  1. Əhəmiyyətli əqdlərin təsdiq edilməsi.
  2. Kapitallaşdırma və bununla bağlı əlaqəli məsələlər.
  3. Bankın Səhmdarlarının Ümumi Yığıncağının qərarlarının icrası ilə bağlı səlahiyyətlərin verilməsi barədə.

Səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələ üzrə materiallarla Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən Baş Ofisində, Təşkilati işlər və katiblik şöbəsi ilə əlaqə saxlamaqla tanış ola bilərlər.