14 iyul 2022-ci il tarixində Bakı Fond Birjasında “TBC Kredit” BOKT MMC-nin tədavül müddəti 2 (iki) təqvim ili olan AZ2006019163 dövlət qeydiyyat nömrəli, 1,000,000.00 AZN həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.

Hərrac zamanı 4 investor tərəfindən 4 sifariş təqdim edilmişdir. İstiqrazın hərrac qiyməti 1,000.00 AZN müəyyən edilmişdir.

İstiqrazın illik faiz dərəcəsi 12 % , faiz ödənişləri 6 təqvim ayından bir olmaqla investorlara ödənilir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 1,000,000.00 AZN təşkil etmişdir. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 1,000,000.00 AZN təşkil etmişdir. İstiqrazların ödəmə tarixi 14.07.2024-cü ildir.

Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.