7 iyun 2022-ci il tarixində Bakı Fond Birjasında “TBC Kredit” BOKT MMC-nin tədavül müddəti 2 (iki) təqvim ili olan AZ2005019164 dövlət qeydiyyat nömrəli, 1,000,000.00 AZN həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.

Hərrac zamanı 6 investor tərəfindən 6 sifariş təqdim edilmişdir. İstiqrazın hərrac qiyməti 1,000.00 AZN müəyyən edilmişdir.

İstiqrazın illik faiz dərəcəsi 12 % , faiz ödənişləri 6 təqvim ayından bir olmaqla investorlara ödənilir. 

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 1,000,000.00 AZN təşkil etmişdir. 

İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 1,000,000.00 AZN təşkil etmişdir. 

Notların ödəmə tarixi 07.06.2024-cü ildir.

Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.