23 sentyabr 2021-ci il tarixində Bakı Fond Birjasında “TBC Kredit” BOKT MMC-nin tədavül müddəti 2 (iki) təqvim ili olan AZ2004019165 dövlət qeydiyyat nömrəli, 3.000.000,00 manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.

Hərrac zamanı 6 investor tərəfindən 6 sifariş təqdim edilmişdir. İstiqrazın illik faiz dərəcəsi 12 % , faiz ödənişləri 6 aydan bir olmaqla investorlara ödənilir.  Sifarişlərin nominal qiymətlə ümumi məbləği 3,000,000.00 manat təşkil etmişdir.   İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 3,000,000.00 manat təşkil etmişdir.