S&P Global Ratings" beynəlxalq reytinq agentliyi Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) emitentin uzunmüddətli və qısamüddətli kredit reytinqlərini "A-/A-2" səviyyəsində təsdiq edib. Reytinq üzrə proqnoz "müsbət" səviyyədə saxlanılıb.

Məlumata görə, kredit reytinqləri bankın yüksək maliyyə gücünü və orta səviyyədə olan risk profillərini əks etdirir. "Müsbət" proqnoz isə QDTİB-in genişləndirmə strategiyası sayəsində regionda rolunun qarşıdakı 2 il ərzində gücləndirə biləcəyinə dair proqnozlarını əks etdirir.

"S&P" qeyd edir ki, COVID-19 pandemiyası bankın dövlət sektorunun kreditləşməsinə yönəlmiş strateji dəyişikliyini müvəqqəti ləngidəcək və kapital mövqeyini bir qədər zəiflədəcək.