5 may 2022-ci il tarixində Bakı Fond Birjasında “Silk Vey Vest Aviaşirkəti” MMC-nin tədavül müddəti 3 (üç) təqvim ili olan AZ2003023515 dövlət qeydiyyat nömrəli, 10,000,000.00 ABŞ dolları həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.

Hərrac zamanı 10 investor tərəfindən qiymət intervalı 1000 USD (5%) və 1028.1377  USD (4%) olan 10 sifariş təqdim edilmişdir.

İstiqrazların kəsmə qiyməti 1013.9584 USD (4.5%), orta ölçülmüş qiyməti 1020.3993  USD (4.2719%) müəyyən edilmişdir.

İstiqrazın illik faiz dərəcəsi 5 % , faiz ödənişləri 3 təqvim ayından bir olmaqla investorlara ödənilir.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 11,121,000.00 ABŞ dolları təşkil etmişdir.   

İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 10,000,000.00 ABŞ dolları təşkil etmişdir.