AZ1001012488 ISIN kodlu “Savalan” ASC -nin 1,107,096 ədəd adi adlı səhmi üzrə məhkəmə qərarının icrası ilə əlaqədar olaraq, “İnvest-Az İnvestisiya Şirkəti” QSC-nin müraciətinə əsasən “Bakı Fond Birjası” QSC-də satışa çıxarılacaq.

Hərrac 21 sentyabr 2021-ci il tarixində saat 12:00-dək təşkil olunacaqdır və hərrac iştiakçıları üçün icazə verilən minimal alış qiyməti 2 AZN təşkil edəcəkdir.

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri Bakı Fond Birjasının internet səhifəsində “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi)  bölməsində yerləşdirilmişdir.