Repo əqdləri üzrə istinad faiz indeksi formalaşmışdır

20 iyul 2023-cü il tarixində Bakı Fond Birjasında nominal üzrə ümumi məbləği 44,519,100 manat,  repo faiz dərəcəsi 4,25%-7,00% təşkil edən bağlanılmış 31 repo əqdi üzrə bütün əqdlər əsasında hesablanan repo istinad faiz indeksi 1D AINAAO (1-3 gün) üzrə 4,50%, 1W AINAAO (6-8 gün) üzrə 5,29% təşkil etmişdir. Banklararası əqdlər əsasında hesablanan repo istinad faiz indeksi 1W AINAIB (6-8 gün) üzrə 5,41% təşkil etmişdir.