Repo əqdləri üzrə istinad faiz indeksi formalaşmışdır

28 fevral  2024-cü il tarixində Bakı Fond Birjasında nominal üzrə ümumi məbləği 92,805,700 manat,  repo faiz dərəcəsi  5,80%- 6,60% təşkil edən bağlanılmış 25 repo əqdi üzrə bütün əqdlər əsasında hesablanan repo istinad faiz indeksi 1D AINAAO (1-3 gün) üzrə 6,00% , 1W AINAAO (6-8 gün) üzrə 6,52% təşkil etmişdir. Banklararası əqdlər əsasında hesablanan repo istinad faiz indeksi 1W AINAIB (6-8 gün) üzrə 6,60% təşkil etmişdir.