Repo əqdləri üzrə istinad faiz indeksi formalaşmışdır

26 fevral  2024-cü il tarixində Bakı Fond Birjasında nominal üzrə ümumi məbləği  61,124,400 manat,  repo faiz dərəcəsi 5,00%-6,80% təşkil edən bağlanılmış 35 repo əqdi üzrə bütün əqdlər əsasında hesablanan repo istinad faiz indeksi 1D AINAAO (1-3 gün) üzrə 5,67%, 1W AINAAO (6-8 gün) üzrə 5,85%, 2W AINAAO (13-15 gün) üzrə 5,80%, 1M AINAAO (29-32 gün) üzrə 5,87% təşkil etmişdir. Banklararası əqdlər əsasında hesablanan repo istinad faiz indeksi 1W AINAIB (6-8 gün) üzrə 6,80  təşkil etmişdir.