Repo əqdləri üzrə istinad faiz indeksi formalaşmışdır.

13 iyun 2023-cü il tarixində Bakı Fond Birjasında nominal üzrə ümumi məbləği 22,879,600 manat,  repo faiz dərəcəsi 5,25%-5,50% təşkil edən bağlanılmış 15 repo əqdi üzrə bütün əqdlər əsasında hesablanan repo istinad faiz indeksi 1W AINAAO (6-8 gün) üzrə 5,33% təşkil etmişdir. Banklararası əqdlər əsasında hesablanan repo istinad faiz indeksi 1W AINAIB (6-8 gün) üzrə 5,50% təşkil etmişdir.