21 oktyabr 2021-ci il tarixində Bakı Fond Birjası “Baku Expo Center”-də təşkil olunmuş 1-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı - Rebuild Karabakh” sərgisində iştirak etmişdir.

Sözügedən sərgidə iştirakçı olan şirkətlərə görüş əsasında mütəşəkkil qiymətli kağızlar bazarı vasitəsi ilə cəlbedici imkanlarla maliyyələşmə barəsində məlumatlandırılmışdır.

Onu da qeyd edək ki, Qarabağ ərazisinin işğaldan azad edilərək geri qaytarılması və fəal şəkildə bərpa olunması ilə əlaqədar olaraq, 1-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı - Rebuild Karabakh” sərgisi ölkə həyatında unikal əhəmiyyət kəsb edir.

Sərginin əsas sektorları arasında Banklar və investisiyalar, Təhlükəsizlik, Hasilat sənayesi, Səhiyyə, İnformasiya texnologiyalar, Təhsil, Qida sənayesi, Kənd təsərrüfatı, İnşaat, Yol tikintisi və infrastruktur, Nəqliyyat, Turizm və mədəni irs, Energetika və Ekologiya yönümlü şirkətlər yer alır.