30 may 2024-cü il tarixində Bakı Fond Birjasında PASHA Yatırım Bankası A.Ş.-nin buraxılış həcmi 25,000,000 (iyirmi beş milyon) ABŞ dolları dəyərində olan abunə yazılışı üsulu ilə olan yerləşdirilməsi yekunlaşmışdır.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı

PASHA Yatırım Bankası A.Ş.

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ2009020176

İstiqrazın növü və forması

İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı

Yerləşdirmə üsulu

Abunə yazılışı

Buraxılış həcmi

25,000,000 (iyirmi beş milyon) ABŞ dolları

İstiqrazın sayı

25,000 (ədəd)

İlkin ticarət qiyməti

1,000 ABŞ dolları

Minimal qiymət

1,000 ABŞ dolları

Maksimal qiymət

1,000 ABŞ dolları

Kəsmə qiyməti

1,000 ABŞ dolları

Ortaçəkili qiyməti

1,000 ABŞ dolları

Reallaşdırılmış həcmi

25,000,000 ABŞ dolları

Sifarişlərin Ümumi həcmi (nominal qiymətlə)

25,000,000 ABŞ dolları

İllik gəlirlilik faizi

6.19%

Ödəmə Periodu

İldə günlərin sayı 360 (üç yüz altmış) və bir ayda günlərin sayı 30 gün olaraq götürülməklə) hər 3 (üç) təqvim ayından bir

Tədavül müddəti

18 ay

İnvestor sayı

9

Sifariş sayı

9

İstiqrazların ödəmə tarixi

30.11.2025

Əsas Anderrayter

“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC

Digər Anderrayterlər

“ABB-İnvest İnvestisiya Şirkəti” QSC və “Unicapital İnvestisiya Şirkəti” ASC