“Moskva Birjası”nın (MOEX) və Rusiya Federasiyasının “Milli Klirinq Mərkəzi” Bank Olmayan Kredit Təşkilatının nümayəndələri “Bakı Fond Birjası” QSC-də olublar

20 sentyabr 2022-ci il tarixində Bakı Fond Birjası QSC-nin ofisində Moskva Birjasının (MOEX) və Milli Klirinq Mərkəzi ASC-nin nümayəndələri ilə görüş keçirilmişdir.

Görüş zamanı tərəflər MAB MDB çərçivəsində iki ölkənin birjaları arasında əməkdaşlıq məsələlərini, o cümlədən Rusiya Federasiyası və Azərbaycan Respublikasının kapital bazarlarının inkişafı məsələlərini müzakirə ediblər.

Moskva Birjasının (MOEX) və Rusiya Federasiyasının “Milli Klirinq Mərkəzi” nümayəndələri qonaqpərvərliyə və ölkənin biznes ictimaiyyəti ilə görüşlərin təşkilinə görə Bakı Fond Birjasının rəhbərliyinə təşəkkür ediblər.