1 dekabr 2022-ci il tarixində Bakı Fond Birjasında “MJ Financial Services BOKT” QSC-nin tədavül müddəti 18 ay, nominal dəyəri 1,000 manat olan AZ2001023160 dövlət qeydiyyat nömrəli, 750,000.00 manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.

Hərrac zamanı 1 investor tərəfindən 1000 manat (13.5%) qiymətindən 1 sifariş təqdim edilmişdir. İstiqrazların kəsmə qiyməti və orta ölçülmüş qiyməti 1000 manat (13.5%) müəyyən edilmişdir. İstiqrazın illik faiz dərəcəsi 13,5 %, faiz ödəniş dövrü isə hər 90 təqvim günündən bir təşkil edir.

            Sifarişlərin nominal qiymətlə ümumi məbləği 750,000.00 manat təşkil etmişdir.   İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 750,000.00 manat təşkil etmişdir.

           Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.