11 oktyabr 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0106028944 ISIN-li, 50 mln. manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 19 investor tərəfindən qiymət intervalı 90.9249 (8.49%) manat və 95.1885 (6.8%) manat olan 31 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 93.3936 (7.5%) manat, orta ölçülmüş qiyməti 93.6116 (7.4141%) manat müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 171,171,300 manat, yerləşdirilmiş həcmi isə 50,000,000 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 7 oktyabr 2025-ci il.

Hərrac iştirakçıları 12 oktyabr 2022-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.