20 sentyabr 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0105026949 ISIN-li, 10 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 16 investor tərəfindən qiymət intervalı 97.0298 (6.1%) manat və 98.5377 (5.28%) manat olan 24 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 98.1487 (5.49%) manat, orta ölçülmüş qiyməti isə 98.4190 (5.344%) manat müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 52,043,500.00 manat yerləşdirilmiş həcmi isə 15,000,000.00 manat təşkil edilmişdir.

Hərrac iştirakçıları 21 sentyabr 2022-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. İstiqrazların ödəmə tarixi 17 sentyabr 2024-cü  il.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.