9 avqust 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0106022947 ISIN-li, 30 mln. manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 19 investor tərəfindən qiymət intervalı 89.6842 AZN (9%) və 98.6345 (5.4999%%) manat olan 28 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 96.2593  (6.3899%) manat, orta ölçülmüş qiyməti 97.3489 (5.9784%) manat müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 108,278,300.00 manat, yerləşdirilmiş həcmi isə 39,500,400 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 5 avqust 2025-ci il.

Hərrac iştirakçıları 10 avqust 2022-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.