19 iyul 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0105020942 ISIN-li, 20 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 15 investor tərəfindən qiymət intervalı 95.4086 (7 %) və 99.1530 (4.9500%) olan 23 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 98.2230 (5.4498%), orta ölçülmüş qiyməti isə 98.7944(5.1420%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 78,843,600.00 manat yerləşdirilmiş həcmi isə 20,000,000.00 manat təşkil edilmişdir.

Hərrac iştirakçıları 20 iyul 2022-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. İstiqrazların ödəmə tarixi 16 iyul 2024-cü  il.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.