14 iyun 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0105016940 ISIN-li, 20 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 14 investor tərəfindən qiymət intervalı 93.6476 AZN (8%) və 99.2466 AZN (4.9%) olan 22 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 98.7795 AZN (5.15%), orta ölçülmüş qiyməti isə 99.0048 AZN (5.0292%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 101,111,600.00 manat yerləşdirilmiş həcmi isə 20,000,000.00 manat təşkil edilmişdir.

Hərrac iştirakçıları 16 iyun 2022-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. İstiqrazların ödəmə tarixi 11 iyun 2024-cü  il.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.