7 iyun 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0108015949 ISIN-li, 40 mln. manat həcmində, 1820 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 12 investor tərəfindən qiymət intervalı 88.1309 (9%) və 98.3112 (6.4%) manat olan 18 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 95.8416 (7%) manat, orta ölçülmüş qiyməti 96.9289 (6.7335%) manat müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 104,290,300 manat, yerləşdirilmiş həcmi isə 56,532,300 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 1 iyun 2027-ci il.

Hərrac iştirakçıları 8 iyun 2022-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.