31 may 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0106014944 ISIN-li, 40 mln. manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 11 investor tərəfindən qiymət intervalı 91.0738 (7.9%) və 99.171 (4.8%) manat olan 19 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 98.6229 (5%) manat, orta ölçülmüş qiyməti 98.8071(4.9326%) manat müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 163,909,000 manat, yerləşdirilmiş həcmi isə 60,000,000 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 27 may 2025-ci il.

Hərrac iştirakçıları 1 iyun 2025-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.