24 may 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0110002950 ISIN-li, 10 mln. manat həcmində, 2548 gün tədavül müddətli dövlət uzunmüddətli istiqrazlarının (DUİ) yerləşdirilməsi üzrə növbəti hərrac keçirilmişdir.

Hərrac zamanı 7 investor tərəfindən qiymət intervalı 86.8990 (8.8914%) və 94.85 (7.2716%) manat olan 8 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 92.7006 (7.6924%), orta ölçülmüş qiyməti  93.3207 (7.5698%) manat müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 25,021,100 manat, yerləşdirilmiş həcmi isə 10,000,000 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 30 yanvar 2029-cu il.

Hərrac iştirakçıları 25 may 2022-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.