1 sentyabr 2020-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0108001782 ISIN-li, 10 mln. manat həcmində, 1820 gün tədavül (1603 gün dövriyyə) müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 8 investor tərəfindən qiyməti intervalı 85.4000  (13.1472%) və 92.3816   (10.9226%) olan 9 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 91.4193 (11.2165%), orta ölçülmüş qiyməti 92.2814 (10.9530%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği  27,233,100.00 manat yerləşdirilmiş həcmi isə 2,416,400.00 mln. manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi  21 yanvar 2025-ci  il.

Hərrac iştirakçıları 2 sentyabr 2020-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.