10 may 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin AZ0104001935 ISIN-li, 15 milyon manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 11 investor tərəfindən qiymət intervalı 94.3543 AZN (6.0164%) və 97.1405 AZN (2.9598%) olan 19 sifariş təqdim edilmişdir. 

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 97.0092 AZN (3.0999%), orta ölçülmüş qiyməti isə 97.0626 AZN (3.0429%) olaraq müəyyən edilmişdir.

 Sifarişlərin nominal qiymətlə ümumi məbləği 95,346,500.00 manat, yerləşdirilmiş həcmi isə 22,500,000.00 manat təşkil edilmişdir. 

İstiqrazların ödəmə tarixi 09.05.2023-cü ildir.

Hərrac iştirakçıları 11 may 2022-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. 

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.