8 fevral 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0110002950 ISIN-li, 20 mln. manat həcmində, 2548 gün tədavül müddətli dövlət uzunmüddətli istiqrazlarının (DUİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 9 investor tərəfindən qiymət intervalı 84.6657 (9%) və 97.3700 (6.4731%) olan 11 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 97.3685(6.4734%), orta ölçülmüş qiyməti  97.3693  (6.4733%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 55,893,500.00 manat, yerləşdirilmiş həcmi isə 1,150,000.00 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 30 yanvar 2029-cu il.

Hərrac iştirakçıları 9 fevral 2022-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.