1 fevral 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0106004945 ISIN-li, 35 mln. manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 9 investor tərəfindən qiymət intervalı 94.5828 AZN (6%) və 100.0840  AZN (3.97%) olan 14 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 97.9285 AZN (4.749%), orta ölçülmüş qiyməti 99.6668 AZN (4.1192%) müəyyən edilmişdir.

 Sifarişlərin nominal qiymətlə ümumi məbləği 127,618,800.00 manat yerləşdirilmiş həcmi isə 52,500,000.00 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 28 yanvar 2025-ci  il.

Hərrac iştirakçıları 2 fevral 2022-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.