11 yanvar 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0106001941 ISIN-li, 40 mln. manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 16 investor tərəfindən qiymət intervalı 95.9705 AZN (6.5%) və 102.5163  AZN (4.1%) olan 27 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 101.8097 AZN (4.35%), orta ölçülmüş qiyməti 102.1187 AZN (4.2404%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 204,644,100.00 manat yerləşdirilmiş həcmi isə 60,000,000.00 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 7 yanvar 2025-ci  il.

Hərrac iştirakçıları 12 yanvar 2022-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.