7 dekabr 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0108036887 ISIN-li, 20 mln. manat həcmində, 1820 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 14 investor tərəfindən qiymət intervalı 91.8891 AZN (8%) və 102.2913  AZN (5.47%) olan 18 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 101.8978 AZN (5.56%), orta ölçülmüş qiyməti 102.0937 AZN (5.5151%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 90,423,500.00 manat, yerləşdirilmiş həcmi isə 30,000,000.00 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 1 dekabr 2026-cı il.

Hərrac iştirakçıları 8 dekabr 2021-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.