4 avqust 2020-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0105014788 ISIN-li, 20 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 14 investor tərəfindən qiyməti intervalı 95.6438  AZN (11.4999%) və 100.4500 (8.7498%) olan 20 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.1077  (8.9400%), orta ölçülmüş qiyməti 100.1384 (8.9229%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği  90,094,100.00 AZN yerləşdirilmiş həcmi isə 30 mln. manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi  2 avqust 2022-ci  il.

Hərrac iştirakçıları 5 avqust 2020-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.