5 oktyabr 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0108031888 ISIN-li, 25 mln. manat həcmində, 1820 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 12 investor tərəfindən qiymət intervalı 84.5565 AZN (10%) və 101.0731 AZN (5.75%) olan 23 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.9005 AZN (5.7899%), orta ölçülmüş qiyməti  100.9208 AZN (5.7852%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 118,914,000.00 manat yerləşdirilmiş həcmi isə 37,500,000.00 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 29 sentyabr 2026-cı  il.

Hərrac iştirakçıları 6 oktyabr 2021-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.