21 sentyabr 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0110002927 ISIN-li, 10 mln. manat həcmində, 2548 gün tədavül müddətli dövlət uzunmüddətli istiqrazlarının (DUİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 12 investor tərəfindən qiymət intervalı 79.0862  AZN (12.0000%) və 101.7395 AZN (7.1795%) olan 21 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 96.8418 AZN (8.0999%), orta ölçülmüş qiyməti 100.9168  (7.3302%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 54,266,000.00 manat yerləşdirilmiş həcmi isə 9,908,100.00 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 12 sentyabr 2028-ci  il.

Hərrac iştirakçıları 22 sentyabr 2021-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.