14 iyul 2020-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0104007775 ISIN-li, 30,000,000 manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 14 investor tərəfindən qiyməti intervalı 89.2857 AZN (12.0661%) və 93.085 AZN (7.4696%) olan 23 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 92.6474 AZN (7.9798%), orta ölçülmüş qiyməti 92.6945 AZN (7.9246%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 122,959,400.00 AZN yerləşdirilmiş həcmi isə 45,000,000 manat təşkil edilmişdir. Buraxılış şərtinə* uyğun olaraq, tələb təklifi üstələdiyi üçün Emitent buraxılış həcmindən əlavə 50% (15 mln) artığını təmin etmişdir

İstiqrazların ödəmə tarixi  13 iyul 2021-ci  il.

Hərrac iştirakçıları 15 iyul 2020-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.