10 avqust 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0105025883 ISIN-li, 10 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 10 investor tərəfindən qiymət intervalı 100.2238 AZN (5.8797%) və 101.5201 AZN (5.19%)  olan 16 sifariş təqdim edilmişdir. 

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 101.0383 AZN (5.4450%), orta ölçülmüş qiyməti 101.3764 AZN (5.2659%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 64,704,800 manat yerləşdirilmiş həcmi isə 15,000,000 manat təşkil edilmişdir. 

İstiqrazların ödəmə tarixi 8 avqust 2023-cü  il. 

Hərrac iştirakçıları 11 avqust 2021-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. 

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.