22 iyun 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0106020883 ISIN-li, 25 mln. manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 16 investor tərəfindən qiymət intervalı 100.0000 AZN (7.500%) və 102.9598 AZN (6.400%) olan 30 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 102.7138 AZN (6.4899%), orta ölçülmüş qiyməti 102.8493  (6.4403%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 110,767,000.00 manat yerləşdirilmiş həcmi isə 37,500,000.00 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 18 iyun 2024-cü  il.

Hərrac iştirakçıları 23 iyun 2021-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

 Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.