1 iyun 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0106018887 ISIN-li, 50 mln. manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 23 investor tərəfindən qiymət intervalı 86.6872 AZN (13.0000%) və 101.8441 AZN (6.8100%) olan 36 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 101.4665 AZN (6.9500%), orta ölçülmüş qiyməti 101.4971  (6.9386%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 297,241,200.00 manat yerləşdirilmiş həcmi isə 75,000,000.00 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 28 may 2024-cü  il.

Hərrac iştirakçıları 2 iyun 2021-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

 Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.