4 may 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0106014886 ISIN-li, 40 mln. manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 23 investor tərəfindən qiymət intervalı 88.9360 AZN (12.0000%) və 100.0528 AZN (7.4800%) olan 39 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 98.9000 AZN (7.9191%), orta ölçülmüş qiyməti  99.3678 (7.7401%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 227,476,100.00 manat yerləşdirilmiş həcmi isə 60,000,000.00 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 30 aprel 2024-cü  il.

Hərrac iştirakçıları 5 may 2021-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.