20 aprel 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0105012881 ISIN-li, 40 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 21 investor tərəfindən qiymət intervalı 91.3372 (12.0000%) və 100.5899 (6.6800%) olan 34 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.0184 (6.9899%), orta ölçülmüş qiyməti  100.0972 (6.9471%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 228,023,100.00 manat yerləşdirilmiş həcmi isə 60,000,000.00 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi  18  aprel 2023-cü  il.

Hərrac iştirakçıları 21 aprel 2021-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.