30 mart 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0104003873 ISIN-li, 10 mln. manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 19 investor tərəfindən qiymət intervalı 90,9544 (10,00%) və 94,9033 (5,40%) olan 28 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 94,8138 (5,50%), orta ölçülmüş qiyməti 94,8235 (5,49%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 99.087.600 manat yerləşdirilmiş həcmi isə 15.000.000 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 29 mart 2022-ci il.

Hərrac iştirakçıları 31 mart 2021-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.