16 mart 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0106009886 ISIN-li, 20 mln. manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 22 investor tərəfindən qiymət intervalı 88.9360 (12.0000%) və 98.0424 (8.2499%) olan 33 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 97.7868 (8.3491%), orta ölçülmüş qiyməti  97.8961  (8.3066%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 120,253,800.00 manat yerləşdirilmiş həcmi isə 30,000,000.00 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi  12  mart 2024-cü  il.

Hərrac iştirakçıları 17 mart 2021-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.