19 may 2020-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0104005779 ISIN-li, 7 660 700 manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 6 investor tərəfindən qiyməti intervalı 90.8921 AZN (10.4799%) və 92.4917 AZN (8.4899%) olan 6 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 92.4917 AZN (8.4899%), orta ölçülmüş qiyməti 92.4917  AZN (8.4899%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 19,491,200.00 AZN yerləşdirilmiş həcmi isə 7 660 700 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi  4 may 2021-ci  il.

Hərrac iştirakçıları 20 may 2020-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.