23 fevral 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0106006882 ISIN-li, 20 mln. manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 15 investor tərəfindən qiymət intervalı 93.6555 (10.0000%) və 98.0424 (8.2499%) olan 22 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 97.4001 (8.5000%), orta ölçülmüş qiyməti  97.4842 (8.4671%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 75,903,500.00 manat yerləşdirilmiş həcmi isə 30,000,000.00 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi  20  fevral 2024-ci  il.

Hərrac iştirakçıları 24 fevral 2021-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.