24 noyabr 2020-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0106002857 ISIN-li, 10 mln. manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 5 investor tərəfindən qiyməti intervalı 96.1315 (9.0000%) və 98.8195 (7.9500%) olan 6 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 98.6894  (8.0000%), orta ölçülmüş qiyməti 98.7014 (7.9954%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 29,751,500.00 manat yerləşdirilmiş həcmi isə 10,000,000.00 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi  21 noyabr 2023-ci  il.

Hərrac iştirakçıları 25 noyabr 2020-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.