1 dekabr 2020-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0105003856 ISIN-li, 10 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 9 investor tərəfindən qiyməti intervalı 97.9307 (7.9900%) və 100.4613 (6.600%) olan 12 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.0000  (6.8500%), orta ölçülmüş qiyməti 100.3112 (6.6811%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 42,112,900.00 manat yerləşdirilmiş həcmi isə 6,978,200.00 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi  29 noyabr 2022-ci  il.

Hərrac iştirakçıları 2 dekabr 2020-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.