17 noyabr 2020-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0105001850 ISIN-li, 100 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 11 investor tərəfindən qiyməti intervalı 87.8737(14.0109%) və 100.6466 (6.5000%) olan 18 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.0000  (6.8500%), orta ölçülmüş qiyməti 100.0282 (6.8346%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 237,988,700.00 manat yerləşdirilmiş həcmi isə 117,906,500.00 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi  15 noyabr 2022-ci  il.

Hərrac iştirakçıları 18 noyabr 2020-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.