27 oktyabr 2020-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0104012775 ISIN-li, 30 mln. manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 16 investor tərəfindən qiyməti intervalı 91.7850 (8.9995%) və 93.6220 (6.8500%) olan 24 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 93.5785 (6.8999%), orta ölçülmüş qiyməti 93.5806 (6.8975%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 101,822,100.00 manat yerləşdirilmiş həcmi isə 42,500,000.00 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi  26 oktyabr 2021-ci  il.

Hərrac iştirakçıları 28 oktyabr 2020-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.