20 oktyabr 2020-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0106020784 ISIN-li, 20 mln. manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 13 investor tərəfindən qiyməti intervalı 93.5088 (11.6245%) və 100.0000 (9.0000%) olan 21 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 97.5871  (9.9500%), orta ölçülmüş qiyməti 97.8513 (9.8445%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 84,795,700.00 manat yerləşdirilmiş həcmi isə 30 mln. manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi  17 oktyabr 2023-ci  il.

Hərrac iştirakçıları 21 oktyabr 2020-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.