16 may 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201040125 ISIN-li, 20 mln. manat həcmində, 1820 gün tədavül müddətli kuponlu, dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 20 investor tərəfindən qiymət intervalı 80.2307 (13%) manat və 96.5827 (8.35%) manat olan 30 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 93.4960 (9.15%) manat, orta ölçülmüş qiyməti 95.1643 (8.7136%) manat müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 90,863,400  manat, yerləşdirilmiş həcmi isə 20,000,000 manat təşkil edilmişdir.

Hərrac iştirakçıları 17 may 2023-cü il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. İstiqrazların ödəmə tarixi 9 may 2028-ci il.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.